Strasburqda dəmiryol vağzalında iki qatarın toqquşması nəticəsində azı 30 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, hazırda genişmiqyaslı xilasetmə əməliyyatı davam edir.
Qəzanın qatarlardan birinin təsadüfən yolunun dəyişdirilməsi nəticəsində stansiyada dayanmış ikinci qatara çırpılması nəticəsində baş verdiyi güman edilir. Qəzadan sonra qatarlardan biri relsdən çıxıb.
***
Strasburqda iki qatarın toqquşması nəticəsində yaralananların sayı 50-yə çatıb.
Bu barədə Aşağı Reyn departamentinin yanğınsöndürmə və xilasetmə xidmətinin rəhbəri Rene Silye məlumat verib.
Bildirilib ki, qatarlarda təxminən 150 nəfər olub.
www.yenicag.az