Fransadakı səfirimiz AXC-nin maliyyə nazirinin nəvəsi ilə görüşdü

media-hightechnic-468x90

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri Əbdüləli bəy Əmircanovun Parisdə yaşayan nəvəsi Alev Sisbü ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə diplomat tviterdə yazıb.

“Azərbaycan Demokratik Respublikası dövründə maliyyə naziri, parlamentin üzvü olan Əbdüləli bəy Əmircanovun hazırda Parisdə yaşayan nəvəsi Alev Sisbü ilə çox maraqlı görüşümüz oldu. Azərbaycanımızın müstəqilliyi uğrunda mübarizə aparan bütün soydaşlarımızın ruhu şad olsun!”, – o qeyd edib.

Qeyd edək ki, Alev Ebuzziya Sisbü heykəltəraş, keramika və şüşə dizayneridir. O, 1987-ci ildən bəri Parisdə yaşayır. Onun əsərləri dünyanın ən məşhur muzeylərində sərgilənir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600