Fransadakı səfirliyimizdən ermənilərin hücumları ilə bağlı BƏYANAT

media-hightechnic-468x90

Azərbaycanın Fransadakı səfirliyi Fransada yaşayan erməni fanatiklər tərəfindən Parisdəki səfirliyin binasına edilən hücumdan sonra fransa səlahiyyətli orqanlarından aşağıdakı tədbirləri görməyi tələb edir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyinin tviter hesabında paylaşım edilib:

“Biz Fransanın səlahiyyətli orqanlarından tələb edirik:

1. 18 sentyabr 2022-ci ildə erməni radikal qruplarının hücumu ilə bağlı hərtərəfli araşdırma aparılsın;

2. Ona hüquqi qiymət verilsin;

3. Bu hücumun vurduğu ziyan aradan qaldırılsın;

4. Günahkarları məsuliyyətə cəlb etmək;

5. Qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycan Respublikasının Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında 24/7 polisin olmasını təmin edilsin, çünki onlar bu cür əməllərin daimi təhlükəsi altındadırlar”, – deyə səfirliyin bəyanatında bildirilib

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05