Rusiyadan deportasiya edildiyi bildirilən İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov haqqında deyilənlərlə bağlı video material yayımlayıb.
Yenicag.ru-nun məlumatına görə, Fuad Abbasov Moskva hava limanından hazırladığı və sosial şəbəkədə paylaşdığı videoda ona qarşı müxtəlif ittihamlar irəli sürənlərə səslənib:
“Məndən canlarını qurtardıqlarını düşünənlərə, ilk növbədə isə düşmənlərimizə – ermənilərə “Azərros”, “AzərMos” kimi diaspora təşkilatlarının rəhbərlərinə səslənirəm: Öz “qələbə”nizi vaxtsız qeyd etdiz. Mən Moskvadayam”.
O, 50 il müddətinə Rusiyaya buraxılmayacağı haqda xəbər yazanları diqqətdən kənar saxlamayıb:
“Həbs olunmağım, evimdən külli miqdarda pul tapılması kimi nağıllar uydurdular. Onlar özlərini rəzil etdilər. Gördüyünüz kimi, Moskvadayam və antiAzərbaycan qüvvələrə qarşı mübarizəni davam etdirəcəm”.
Qeyd edək ki, “AzərRos” nümayəndələri ailə məsələləri ilə əlaqədar Azərbaycana gələn Fuad Abbasovun əslində, Rusiyadan deportasiya olunduğunun iddia edirdilər.
www.yenicag.az