Fuad Qəhrəmanlı haqqında yayılan səs yazısı ilə bağlı açıqlama verərək, həmin məlumatı əsassız adlandırıb.
Yenicag.az həmi yazını tam versiyada təqdim edir:
“Sanki, “Qurdlar Vadisi” serialını yaşayıram. İndi də mənim saxta səs yazımı hazırlayıb yayıblar. Orada iddia olunur ki, mən parlament seçkilərindən istifadə edib deputat olamaq istəyirəm və bu zaman Əli bəy kənarda qalacaq. Sonra da İlham Əliyevin hakimiyyəti əldə saxlaya bilməyəndə onunla AXCP arasında hər iki tərəfin razılaşacağı fiqur kimi hakimiyyətə gələcəyəm. Bu qədər absurd və Cırtdanın nağılına bənzər plan ola bilər?
Əvvəla, mən partiya parlament seçkisinə getməyəcəksə, heç vaxt seçkiyə getmərəm, partiya da iştirak edəndə məndən qabaq Əli bəy bu seçkidə qalib olacaq.
İkinci hakimiyyət razılaşma yolu ilə deyil, seçki yolu ilə dəyişə bilər.
Üçüncü Əli Kərimlinin statusu elədir ki, nəinki mən, bu gün müxalifətdə heç kim, onun üstündən adlayıb hakimiyyətə gələ bilməz.
Mən belə ciddi bir planı kiminlə danışa bilərəm? Bunu iqtidar nümayəndəsi ilə danışmaq olmaz, çünkü hakimiyyətin İlham Əliyevdən alınması mövzusunu hakimiyyətin nümayəndəsi ilə etmək olmaz. Eyni məntiqlə bunu AXCP dən olanlarla da müzakirə etmək olmaz, çünki bu zaman da Əli bəyə qarşı çıxmaq olur.
Mənim səsimdən xüsusi kompüter proqramından istifadə olunaraq yığılmış bu saxta səs yazısı niyə yayılıb? Əgər mən hər hansı bir razılaşmanın içindəyəmsə, o zaman niyə bunu edirlər? Məntiq varmı?
Hakimiyyətin razılığı olmadan kim belə bir saxta səs yazısı hazırlayıb yaya bilər? Bir də bu səsi yazan, niyə video görüntü çəkməyib, bir halda ki, bu iş üçün hazırlıq gedibsə, gərək video da olaydı. Deməli, belə bir danışıq olmayıb.
Səs yazısından belə məlum olur ki, mən bu planı kiməsə diqtə edirəm, mənim tabeçiliyimdə elə bir qurum yoxdur ki, ona belə bir plan həvalə edim.
Əksinə, bu onu göstərir ki, məqsəd məlum olaydan sonra məni partyadaşlarımın və cəmiyyətin müdafiəsindən məhrum etməkdir.
Aydın sübut olunur ki, hakimiyyət artıq bu məsələdə bir tərəfdir”.
www.yenicag.az