Futbolçu yol qəzasında öldü

media-hightechnic-468x90

Polşanın “Stal” klubunun hücumçusu Kristian Popiela yol qəzasında ölüb.

Yenicag.az xəbər verir ki, 20 yaşlı polşalı futbolçu avtomobil qəzası nəticəsində həyatla vidalaşıb. O, hərəkətdə olarkən idarəetməni itirərək avtomobilini hasara çırpıb. Hadisə Polşada baş verib.

Popiela 2016-cı ildə İtaliyanın “Kalyari” klubunun gənclərdən ibarət komandasında da forma geyinib. Artıq A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə dünyasını dəyişən futbolçunun yaxınlarına başsağlığı da verib.

Son illərdə isə gənc forvard ölkəsinin müxtəlif klublarında çıxış edib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Futbolçu yol qəzasında öldü

media-hightechnic-468x90

80763“Bakı”nın sabiq üzvü Ruslan Leviqa ağır avtomobil qəzasına düşüb.

“zolaqlılar”a məhkəmədə qalib gələn Ukrayna millisinin keçmiş futbolçusu daha bir nəfərin ölümünə səbəb olub.

“Bakı”dan 51 min dollarını məhkəmə vasitəsi ilə alan Leviqanın avtomobilinin Poltava şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan Ukrayna yığmasının daha bir sabiq futbolçusu – Sergey Zakarlyuk hadisə yerində dünyasını dəyişib. Dərhal əməliyyat olunan “Naftovik”in üzvü hazırda xəstəxanadadır, Zakarlyukun isə həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Sergey Zakarlyuk 2002-2004-cü illərdə Ukrayna millisində 9 oyunda forma geyinib. Ölkəsinin məşhur klublarında – Kiev “Arsenal”ı, “Dnepr”, “Şaxtyor”, “İliçeveç”, “Metallurq”, “Vorskla” və “Poltava”da oynayıb.

Onu da bildirək ki, ötən ay Ukrayna millisinin başqa bir keçmiş oyunçusu, Kiyev “Dinamo”sunun əfsanəsi Andrey Qusin də avtoqəza zamanı həlak olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600