Qubada ağır qəzada xəsarət alanlardan 1 nəfər ölüb - YENİLƏNİB

media-hightechnic-468x90

Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərdən biri ölüb.

media-banner_tkm

Yenicag.az APA-nın bölgə müxbirinin məlumatına istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 1985-ci il təvəllüdlü Vüqar Zərbalıyev bu gün səhər saatlarında Reanimasiya şöbəsində vəfat edib.

Hadisə nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 3 nəfərin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Aprelin 20-də Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Yenicag.az-a verilən məlumata görə, zərərçəkənlərə bazu sümüyünün və bədənin müxtəlif nahiyələrinin sınığı, qapalı kəllə-beyin travması, başın tüklü hissəsinin sıyrılmış yarası, döş qəfəsinin küt travması, koma vəziyyəti, bədənin müxtəlif nahiyələrinin diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

1965-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində, 1980 və 1983-cü il təvəllüdlü şəxslərin müalicələri Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Daha bir nəfər, vəziyyəti ağır qiymətləndirilən 1985-ci il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir.

***

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az APA-nın bölgə müxbirinin məlumatına istinadən xəbər verir ki, hadisə Quba-Dəlləkli kənd yolunda qeydə alınıb. “Chevrolet” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05