Futbolçu zəlzələyə görə karyerasını bitirdi

media-hightechnic-468x90

“Qalatasaray”ın keçmiş futbolçusu zəlzələyə görə karyerasını bitirib.

Yenicag.az xəbər verir ki, “Qalatasaray” və Türkiyə milli komandasının keçmiş futbolçusu Emre Çolak 31 yaşında karyerasını başa vurub.

Oyunçu barədə Twitter hesabından paylaşım edib.

Emre Çolak karyerasını zəlzələyə görə bitirdiyini qeyd edib. O, dəstək olanlara təşəkkür edərək, bunları əlavə edib:

“Ölüm var. Bundan sonra ailəmin xoşbəxtliyi üçün çalışacam. Ölüm var, sevdiklərinizlə zaman keçirin”.

Qeyd edək ki, Emre Çolak 1 ay öncə İspaniya üçüncü liqa təmsilçisi “CF İntercity” ilə müqavilə bağlamışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600