Ağdam, Füzuli və Xocavənd rayonlarındaAzərbaycan Respublikası Prezidentinin XüsusiNümayəndəliyi və Azərbaycan RespublikasınınGənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə “QayıdışKönüllüləri” Proqramı çərçivəsində “FüzuliKönüllüləri” qrupuna qeydiyyat başlanıb.
Bu haqda bu gün keçirilən mətbuat konfransındaGənclər Fondunun icraçı direktorunun müaviniOrxan Ərəbov, Ağdam, Füzuli və Xocavəndrayonlarında Azərbaycan RespublikasıPrezidentinin Xüsusi Nümayəndəliyininaparıcı məsləhətçisi Ümid İsazadə və “BöyükQayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov məlumat verib.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdəhəyata keçirilən işlərə gənc nəslin, xüsusilə dəkökləri bu torpaqlara bağlı olan gənclərin dahageniş cəlb olunması çağırışına uyğun olaraqbaşladılan “Qayıdış Könüllüləri” proqramının əsasməqsədi, işğaldan azad olunmuş ərazilərdəkönüllülük fəaliyyətini dəstəkləmək, əslən həminbölgələrdən olan gənclərin öz doğmatorpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinintəbliğində iştirakını təşviq etmək və BöyükQayıdış prosesinə töhfə verməkdir.
Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən Füzuli rayonundan olan hər bir gənc təhsilsəviyyəsindən asılı olmayaraq“qayidish.konullu.az” saytında qeydiyyatdan keçəbilər. Qeydiyyat 1 aprel 2024-cü il tarixinə kimi aparılacaq.
Müraciəti müsbət dəyərləndirilmiş gənclər ardıcılolaraq müsahibə, baza təlimləndirmə kursu vəimtahan mərhələsindən keçəcəklər. Seçilmişgənclər müvafiq təlim və hazırlıq keçdikdən sonraFüzuli rayonu ərazisində müxtəlif könüllü fəaliyyətləri göstərəcək, o cümlədən tədbirlərin təşkilində iştirak edəcək, bölgəyə səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa vəyenidənqurma işlərinə dəstək verəcək, qayıdışahazırlıq və məskunlaşmaya könüllü dəstəyiningöstərilməsinə cəlb olunacaqlar.
Könüllülərin hazırlanması üçün baza təlimləripeşəkar təlimçilər tərəfindən “Könüllülükfəaliyyətinin əsasları”, “Könüllü xidmətin təşkili”, “Gənclərin ideoloji hazırlığı”, “Yumşaq bacarıqlar”, “Psixoloji inkişaf”, “Liderlik və natiqlik bacarıqları” və “Minalardan qorunma qaydaları” mövzularındahəyata keçiriləcəkdir. Təlimlərin keçirilməsindəməqsəd gənclərin könüllülüyün prinsip vədəyərləri, könüllülük kodeksi, vətəndaşlar və xariciqonaqlarla ünsiyyət qaydaları, tapşırıqların yerinəyetirilməsi və subordinasiya, peşəkarfəaliyyətlərdə emosiaların idarəolunması, situasiyalardan çıxış yolları, effektiv ünsiyyət, Azərbaycan Gənclər siyasətinin priorotetləri, həmçinin təhlükəsizlik qaydaları haqqında bilik vəbacarıqlarının artırılmasıdır.
Qeyd edək ki, hazırda “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Şuşa Könüllüləri”, “AğdamKönüllüləri” və “Zəngilan Könüllüləri” qruplarıfəaliyyət göstərir. Sözügedən qruplar üzrəfəaliyyət göstərən könüllülər müvafiq ərazilərdəmüxtəlif könüllü fəaliyyətlərinə cəlb olunur və aktiviştirak edirlər.
www.yenicag.az