Füzuli rayonunun Dövlətyarlı kəndinin yenidənqurulmasına 97,2 milyon manat vəsait ayrılıb.
Yenicag.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti bununla bağlı tender keçirib. Tenderin qalibi “TVM İNŞAAT” MMC seçilib. Şirkətlə 97 milyon 202,8 min manat dəyərində satınalma müqaviləsi imzalanıb.
Sözügedən şirkət Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərini həyata keçirəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “TVM İnşaat” MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8-dir. MMC-nin qanuni təmsilçisi isə Ağayev Musa Nizaməddin oğludur./APA/
www.yenicag.az