!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gec ailə qurmağın FƏSADLARI: Gənclər neçə yaşında evlənməlidir?

!Reklam – Yazi

“Ailənin düzgün təməllər üzərində qurulması, insanın qəlbinə rahatlıq gətirir, düçüncəsini formalaşdırır, onun psixologiyasına müsbət təsir edir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son illər gec ailə qurmaların yol açdığı fəsadlar haqda danışan sosioloq Mail Yaqub deyib.

Onun sözlərinə görə, bu hal son on ildə dünyada gedən mənfi tendensiyadır.

“Gec ailə qurmaq, ümumiyyətlə ailə qurmamaq, yaxud ailə qurduqdan sonra boşanmaq kimi hallar son illər, xüsusilə, son on ildə dünyada gedən mənfi, pis tendesiyadır. Bu hal təəssüf ki, Azərbaycana da sirayət edib. Belə halların, gec ailə qurmağın böyük fəsadları var. Ailənin düzgün təməllər üzərində qurulması, insanın qəlbinə rahatlıq gətirir, düçüncəsini formalaşdırır, onun psixologiyasına müsbət təsir edir. Bu, gerçək faktdır. Ona görə də, biz ailə qurmağı gecikdirməməyi gənclərimizə maksimum dərəcədə təbliğ etməliyik. Ona görə ki, onlar bunu gecikdirməsin”, – deyə o bildirib.

Sosioloq hesab edir ki, bir gənc maksimum 25 yaşında artıq ailə qurmalıdır:

“Fikrimcə, kamil insan axtarmaq lazım deyil. Çünki biz özümüz də kamil şəxs deyilik. Müəyyən kriteriyalar varsa, ailə qurmağa addım atmaq lazımdır. Burada maksimum gözlənti bizə böyük problemlər yarada bilər. Düşünürəm ki, bu istiqamətdə televiziya, radio, sosial şəbəkələrdə maariflənmə və təbliğat işi getməlidir. Ailənin təməlini möhkəmləndirməliyik. Bizim başqa yolumuz yoxdur”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

685
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv