Gədəbəydə ağır qəza baş verdi

media-hightechnic-468x90

img1748039Gədəbəydə sürücünün yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə fevralı 17-də saat 17 radələrində rayonun Pirbulaq kəndinin yaxınlığında meşədə baş verib. Kənd sakini, 1974-cü il təvəllüdlü Etibar İdris oğlu Aslanov idarə etdiyi “UAZ” markalı avtomobillə meşədə hərəkət edərkən idarəetməni itirib və maşın ağaca çırpılıb. Qəza nəticəsində sürücü E. Aslanov xəsarət alıb. Yaralı əvvəlcə Gədəbəy rayon xəstəxanasına sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Həkimlər E. Aslanovun vəziyyətinin ağır olduğunu bildirilər.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600