Gələcəyin ən yüksək gəlirli sahələri hansılar olacaq? - ARAŞDIRMA / VİDEO

media-hightechnic-468x90

Dünyada iqtisadiyyat və texnologiya sürətlə dəyişir. Bununla yanaşı, ən yüksək gəlir gətirən sahələr də hər il yenilənir.

Yenicag.az-ın “Ən yüksək gəlirli peşələr hansılardır?” mövzusunda araşdırmasını təqdim edirik.

Son məlumatlara əsasən, bu gün ən çox qazanc gətirən istiqamətlər sırasında süni intellekt, proqramlaşdırma və məlumat analitikası xüsusi yer tutur.

Mütəxəssislərin fikrincə, süni intellekt sistemlərinin hazırlanması, avtomatlaşdırılmış xidmətlər və məlumat emalı gələcək illərdə iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri olacaq. Bu sahələrdə çalışan mütəxəssislərin illik gəliri bir çox ölkələrdə yüz minlərlə dollara qədər yüksəlir.

Bununla yanaşı, maliyyə texnologiyaları (“FinTech”), kriptovalyuta və blokçeyn, eləcə də yaşıl enerji və bərpa olunan resurslar sahələri də diqqət mərkəzindədir. Enerji keçidi və ekoloji problemlər bu istiqamətləri daha da vacib edir.

Ekspertlər bildirirlər ki, yaxın 5 il ərzində süni intellekt, kibertəhlükəsizlik, biotexnologiya və alternativ enerji üzrə ixtisaslaşan kadrlara tələbat ən azı iki dəfə artacaq.

Azərbaycan da bu trendlərdən kənarda qalmır. Ölkədə rəqəmsal texnologiyaların, startapların və yaşıl enerjinin inkişafı üçün müxtəlif layihələr həyata keçirilir.

Mütəxəssislər hesab edirlər ki, bu istiqamətlərdə təhsil alan gənclər yaxın gələcəkdə yüksək maaşlı işlərə sahib ola biləcəklər.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa