2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin Ehtiyat Fonduna ayrılacaq vəsait açıqlanıb.
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində qeyd edilib ki, dövlət büdcəsinin Ehtiyat Fondu üçün 110 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.