Gələn il pensiyalar bu qədər artacaq - MƏBLƏĞ

media-hightechnic-468x90

Gələn il pensiyaların 14.5, 15 faiz artacağı gözlənilir.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, artımlar bütün pensiyaçılara şamil ediləcək. Komitə sədri vurğulayıb ki, növbəti il dövlət büdcəsinin təqribən 48 faizini sosial müdafiə xərcləri təşkil edəcək.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsi sosialyönlü olaraq proqnozlaşdırılıb. Gələn il sosial sahəyə 15,2 milyard manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa