Gəlin maşını qəzaya uğradı – Azərbaycanda

media-hightechnic-468x90

qeza_masin_0001444erfgh03Ağstafa rayonunda yol-nəqliyyat qəzası baş verib.

Hadisə Bakı-Qazax magistralının Ağstafa rayonun Qırılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qazaxın Şıxlı kəndindən Gədəbəy rayonuna gəlin gətirməyə gedən “Hyundai” markalı avtomobillə “Naz-Lifan” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobil yolun kənarına çıxıb. Hadisə “Hyundai”nin sürücüsü, 54 yaşlı Dursun Əhmədov və onun 23 yaşlı qızı Aytəkin Əhmədova müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Fakta bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır(APA).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa