Gəmi qəzaya düşdü-Video
Rusiyada “Uzaq Şərq” gəmisinin qəzaya düşməsi nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb.
Bu haqda məlumatı İnterfaks agentliyi “Petropavlovsk-Kamçatski” limanının xilasedicilər qrupunun rəhbəri Artur Reçə istinadən yayıb.
Gəminin batması nəticəsində 132 nəfər ekipaj üzvündən yalnız 63 nəfər xilas edilib. Gəminin göyərtəsində 78 rusiyalı və xarici ölkələrin 54 vətəndaşı olub. Onlardan 42-nin Birma vətəndaşı olduğu deyilir.
Qeyd edək ki, “Uzaq Şərq” gəmisi bu gün səhər Oxot dənizinin Kamçatka sahillərində batıb. Onun batma səbəbləri hələlik açıqlanmır.