Gənc alimlər üçün müsabiqə keçirilir

media-hightechnic-468x90

fe67b340b573b8869748febcae3c3c27“Əsrin müqaviləsi” böyük neft sazişinin imzalanmasının 20-ci ildönümü münasibətilə neft-qaz və neft-kimya sahəsində fundamental və tətbiqi tədqiqatlarda aktiv iştirak edən gənc alimlərin fəaliyyətini stimullaşdırmaq vә onlara әlavә yaradıcılıq imkanları yaratmaq məqsədilə müsabiqə elan olunur. AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqədə akademiyanın elmi müəssisələri tərəfindən irəli sürülən, yaşı 35-dək olan gənc alimlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak edəcək gənc alimlər başa çatdırdıqları elmi tədqiqatlar, əldə etdikləri mühüm elmi nailiyyətlər və onların elmi-praktiki əhəmiyyəti haqqında dolğun məlumatı müəyyən edilmiş formaya uyğun olaraq elektron variantı ilə birlikdə sentyabrın 15-dək AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Elmi-təşkilat idarəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600