Gənc cüdoçularımız İtaliyada Avropa Kubokunda iştirak edəcəklər

media-hightechnic-468x90

Azərbaycanın gənc cüdoçuları İtaliyanın Linyano şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.

Cüdo Federasiyasından Yenicag.az-a bildirilib ki, ölkəmiz yarışda 5 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq.

Yığmanın heyətində Fəridə Mirzəyeva (48 kiloqram), Xədicə Qədəşova (52 kiloqram), Gülnarə Bayramova, Vüsalə Hacıyeva (hər ikisi 57 kiloqram), Nilgün Rzayeva, Leyla Atayeva (hər ikisi 63 kiloqram), Pərvanə Abdullayeva (70 kiloqram) yer alıb. Cüdoçulara qadınlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.

29 ölkədən 534 idmançının mübarizə aparacağı Avropa Kuboku aprelin 12-13-də təşkil olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600