“Gənc Əkinçi” layihəsinin təqdimatı keçirildi

media-hightechnic-468x90

91475“İrəli” İctimai Birliyinin gənc jurnalistlər üçün təşkil etdiyi “Gənc Əkinçi” layihəsinin təqdimatı keçirilib.

Yenicag.az zəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən KİV-də çalışan gənc jurnalistlərinin iştirak etdiyi layihə 12-15 mart tarixlərində İsmayıllıda baş tutacaq. Layihənin 30 iştirakçısı ilk olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovla görüşüblər.

İcra başçısı jurnalistləri İsmayıllıda qarşılamaqdan məmnunluq duyduğunu, gənclər üçün layihələrin keçirilməsinə daima dəstək verməyə hazır olduğunu bildirib.

Sədr vurğulayıb ki, layihə davamlı olacaq və hazırda iştirakçı olan jurnalistlər bundan sonra “Gənc Əkinçi” proqramı çərçivəsində öz yazıları ilə həm yerli mətbuatda, həm də xarici mətbuatda çıxış edəcəklər.

Daha sonra çıxış edən Prezident yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov “Gənc Əkinçi” layihəsi öz strategiyası ilə daha öncə gənc jurnalistlər üçün keçirilən seminarlardan fərqlənəcəyinə və jurnalistikaya böyük töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Rəsmi açılışda Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli çıxış edib. O, peşəkar jurnalistlərə indiki dövrdə daha çox ehtiyac olduğunu söyləyib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600