Gəncədə avtomobil divara çırpılıb

media-hightechnic-468x90

11412232522Gəncədə bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, Zülfi Hacıyev küçəsində şəhər sakini Elçin Mustafayevə məxsus “VAZ-21011” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək divara çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan 1983-cü il təvəllüdlü Seymur Məmmədzadə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05