Gəncədə avtomobil piyadanı vurub
Gəncə şəhərində avtomobil 31 yaşlı piyadanı vurub.
Gəncə şəhər Baş Polis İdarəsindən bölgə müxbirinə verilən məlumata görə, hadisə ötən gecə saat 22:00 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Şəhər sakini 30 yaşlı Mahmud Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə prospektdə yolun hərəkət hissəsi ilə gedən 31 yaşlı Səbuhi Seyidovu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.