Gəncədə əməliyyat - Külli miqdarda narkotik tutuldu

media-hightechnic-468x90

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

media-banner_tuq

DİN Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Taleh Həsənov saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman üzərindən 0.4 qram narkotik vasitə olan “heroin” aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T.Həsənova narkotik vasitə satan şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Turan Məmmədov olduğu müəyyən edilib.

Onun evinə baxış keçirilən zaman 27.3 qram narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05