Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gənclər Fondu tərəfindən “Vətən mənə oğul desə” adlı anım tədbiri keçirildi - FOTOLAR

Gənclər Fondunun təşkilatçılığı ilə sentyabrın 27-də Bakı Konqres Mərkəzində “Vətən mənə oğul desə” adlı anım tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, anım tədbirində qeyd edilib ki, bir il əvvəl Ermənistanın hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Ordunun rəşadəti sayəsində zəfərlə bitib. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunub, münaqişə sona çatdırılıb.

Gənclər Fondunun icraçı direktorun müavini Orxan Ərəbov deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazanılan hərbi-siyasi zəfər xalqımızın çoxəsrlik tarixinin ən mühüm və parlaq hadisələrindən biridir.

Tarixi qələbənin qazanılmasında gənclərin rolundan bəhs edən O. Ərəbov Vətən Müharibəsi zamanı gənclərin ön cəbhədə əsgər və zabit kimi qəhrəmancasına döyüşdüyünü, arxa cəbhədə erməni hücumuna məruz qalan mülki əhaliyə dəstək olduğunu, informasiya savaşında virtual məkanda erməni yalanlarını ifşa etdiklərini, Azərbaycan həqiqətlərini dünyaya çatdırdıqlarını bildirib.

Tədbirdə Vətən müharibəsi qəhrəmanı Vüsal Yaqubov və “İrəli” İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Şahin Rəhmanlı çıxış ediblər. Tədbirdə, gənclərin və gənclər təşkilatlarının müharibə dövründəki fəaliyyəti barədə bəhs edən “Azərbaycan gəncliyi Vətən müharibəsində” jurnalının təqdimatı olub. təqdim edil, 44 günlük Vətən müharibəsinə həsr olunmuş müxtəlif video-çarxlar, o cümlədən “Belə Belə İşlər” Platforması və Gənclər Fondunun birgə hazırladığı, Vətən müharibəsinə həsr olunmuş silsilə videogündəliyin ilk videosu nümayiş olunub.

www.yenicag.az

171
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100