Gənclər seçkilərə!
“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi cəbhəyanı rayonlarda yaşayan gənclər arasında“Gənclər, seçkilərə! – cəbhə bölgəsində gənclərin seçki aktivliyinin yüksəldilməsi” adlı layihə çərçivəsində təlimlərə start vermişdir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mərkəzi Seçki Komissiyasının tərəfdaşlığı ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən cəbhəyanı rayonlarda yaşayan gənclər arasında “Gənclər, seçkilərə! – cəbhə bölgəsində gənclərin seçki aktivliyinin yüksəldilməsi” adlı layihə çərçivəsində Ağdam və Tərtər rayonunda təlimlər keçirilmişdir. Təlimlərdə region gənclərinə seçki anlayışı, seçki hüququ, seçki sistemləri, seçkilərin həyatımızda rolu və vətəndaşların seçim imkanı vasitəsilə siyasi hakimiyyəti formalaşdırması barədə geniş bilgi verilmişdir. Azad və demokratik seçkilər bəşər tarixinin əsas mübarizə predmetindən biri kimi nəzərdən keçirilərək insanların seçim hüquqları və hakimiyyətin formalaşdırılmasında iştiraklarının məhz demokratik seçki vasitəsiylə həyata keçiridiyi qeyd edilmişdir. Gənclərə həmçinin Azərbaycan Respublikasının Seçki Məcəlləsi və qarşıdan gələn parlament seçkisinin əhəmiyyətindən danışılaraq onlara namizədlərlə görüşlərdən sesverməyə qədər olan seçki prosesində fəal iştirak etmək tövsiyyə edilmişdir. 16 oktyabr Ağdam rayon Quzanlı qəsəbəsi və 17 oktyabr Tərtər şəhərində baş tutmuş təlimdə ümumilikdə 130 nəfərə yaxın əsasən ilk dəfə səsvermə hüququ olan gənclər iştirak etmişdir. Təlimçilər- Ceyhun Abbasov və Fərhad Fəttahlı tərəfindən seçki barədə edilən təqdimatlar gənclərin böyük marağına səbəb olmuş, təlim prosesinin böyük hissəsi seçkiyə
dair gəncləri maraqlandıran mövzuların qarşılıqlı müzakirəsi şəraitində həyata keçirilmişdir.
Təlimlərdə yerli icra hakimiyyətlərinin, gənclər və idman idarələrinin nümayəndələri, Agdam 118, 119 saylı və Tərtər 95 saylı Dairə Seçki Komissiyalarının məsul şəxsləri iştirak etmişdir.
Təlimlərdə region gənclərinə layihə çərçivəsində nəşr edilmiş “ Gənclər seçilərə” adlı maarifləndirici kitab, Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş Azərbaycan Resspublikasının Seçki Məcəlləsi, Seçki günü üçün Yaddaş və Müşahidəçilər üçün Yaddaş paylanılmışdır.
Təlimlərin sonunda gənclərə iştirakçı sertifikatları təqdim olunmuşdur.