Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general mayor Elçin Quliyev həbs edilib.
Bu barədə Trend məlumat yayıb.
Qeyd edək ki, bundan öncə, E.Quliyev MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.
18:39
***
Əldə olunan məlumata görə, hazırda E.Quliyevə məxsus bütün mənzillərdə axtarış əməliyyatları aparılır.
Qeyd edək ki, bir müddət öncə Bakı İstintaq Təcridxanasında intihar etmiş sabiq MTN-çi İlqar Əliyev E.Quliyevin müavini olub.