“Sherlock Park” restoranında nöqsanlar aşkarlandı – FOTOLAR

media-hightechnic-468x90

Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, ev 1A, mənzil 1A ünvanında fiziki şəxs Zümrüd Mürvət qızı Bədirliyə məxsus “Sherlock Park” ictimai iaşə obyektində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən “Unikal”a verilən məlumata görə, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, dondurucu və soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən qaşqaldaq, bildirçin, toyuq, balıq və mal ətləri müəyyən edilib.

Yoxlama zamanı obyektin həyətyanı sahəsində saxlanılan diri quşlar (2 ədəd xoruz, 2 ədəd lal ördək və 1 ədəd hind quşu) obyektdən kənarlaşdırılaraq sahibkarın şəxsi həyətyanı sahəsində saxlanması üçün təhvil verilib, quşların saxlanıldığı tikililər sökülərək ərazi təmizlənib.

Sahibkar izahatında ov quşlarının (qaşqaldaq, gərəf, turac və s.) satışının həyata keçirilmədiyini, instaqram səhifəsində müştəri cəlb etmək məqsədilə reklam edildiyini bildirib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti müvvəqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa