Gərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi… - Aqil Ələsgər “CNN Türk”də şərh etdi / VİDEO

media-hightechnic-468x90

 

Təyyarə Qəzası, Deputatın deportasiyası, Azərbaycanlılara zorakılıq: “Partlama nöqtəsi gəlmişdi”

“Rusiyanın “qara millət” adlandırdıqları Qafqaz xalqlarına qarşı vəhşilikləri bu günün məsələsi deyil”.

Bunu Türkiyənin nüfuzlu CNNTürk telekanalına müsahibəsində Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “YeniÇağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

O, son günlər gərginləşən Rusiya-Azərbaycan münasibətləri ilə bağlı Türkiyənin nüfuzlu jurnalistlərinin suallarını cavablandırıb.

A.Ələsgər qeyd edib ki, “Rusiyanın OMON polis qüvvələri tərəfindən Yekatirnburqda azərbaycanlıların yaşadığı yerlərə basqını bardağı daşıran son damla oldu. Təyyarə qəzası, ardından deputatımızın Rusiyaya buraxılmaması onsuz da münasibətlərin gərgin olduğunu göstərirdi. Son hadisələr rus rəsmilərinin Qafqazdakı son müttəfiqlərini də itirməyi gözə aldıqlarını göstərir. Azərbaycan aydınları da haqlı olaraq, Rusiya ilə mədəni əlaqələrin tamamilə kəsilməsini və rus dili ilə bağlı qəti qərar tələb edirlər”.

Ətraflı videomaterialda:

 

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600