“Get, Sarı Şəmistana de ki, öldürdüm Gəray bəyi” – Məşhur aktyorun ANIM GÜNÜDÜR

media-hightechnic-468x90

“Get, Sarı Şəmistana de ki, öldürdüm Gəray bəyi. Qanına qəltan elədim…”

media-banner_tuq

Tofiq Tağızadənin rejissorluğu ilə ekranlaşdırılan “Yeddi oğul istərəm” filmindəki bu məşhur frazanı təsadüfən xatırlamadım. Bu gün kinomuzun Gəray bəyi sevilən aktyor, Xalq artisti Həsənağa Turabovun xatirə günüdür.

Dostları ona “Turabov” deyə müraciət edirdilər. Bu müraciətdə həm ciddilik, həm dostyana səmimiyyət, həm də bir doğmalıq var idi. Sevilən aktyor olmaqla bərabər, Həsən Turabov həm də sevilən insan idi. Xarakteri ilə köhnə kişilərdən idi. Özünə hörmət etməyi bacarırdı. Elə bu xüsusiyyətinə görə ətrafındakılar da ona hörmətlə yanaşırdılar. Həyatda şəxsiyyət olması rollarına da sirayət etmişdi. Obrazları ağayanalığı ilə seçilirdi. Taleyinə daha çox müsbət obrazları oynamaq yazılmışdı. Hətta mənfi obrazı olan Gəray bəy də ağayanalığı, əsl Azərbaycan kişisi olması ilə ona hörmət qazandırmışdı.

Baş rolların mahir ifaçısı olan aktyorun çəkildiyi saysız-hesabsız obrazlar milli kinomuzun misilsiz sənət inciləridir.

Hələ kinomuzda daha çox obrazlara can verəcəkdi. Amma həyatında baş verən dəhşətli hadisə  oğul itkisi onun nəinki sənət, elə həyat eşqini də söndürdü.

Qəfləti baş verən o müdhiş hadisədən sonra nə filmlərə çəkilməyə həvəsi qaldı, nə də yaşamağa… Amma Allahın ona nəsib etdiyi ömür payını başa vurmaq üçün başını nə iləsə qatmalı idi. Turabov ömrünün on illərini inzibati işlərə sərf etməli oldu. Bu müddət ərzində dərd, fikir, xəstəliklə baş-başa qaldı. Onun bir arzusu, bir istəyi var idi ömrünü başa vurub, oğlu Daşqına qovuşmaq. Qovuşdu da…

Ölümü də obrazları və xarakteri kimi ağayana oldu. Ölümün gözünün içinə dik baxdı. Elə ayaqüstə əcələ “xoşgəldin” deyib, yolunu intizarla gözləyən balasının görüşünə – son mənzilə tələsdi. Bizə yadigar qalan isə milli kinomuzun şedevrləri olan filmlərimizdəki yadda qalan, bənzərsiz obrazları oldu. Bu gün həmin obrazlar Həsən Turabovun sənət ömrünü davam etdirir.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05