Gimnastlarımız beynəlxalq turnirdə 8 medal qazandılar

media-hightechnic-468x90

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə daha səkkiz medal qazanıblar.

Yenicag.az xəbər verir ki, fərdi proqramda Fərhad Mustafayev birinci, Ömər Qasımlı ikinci, Səma Cəfərova və Ammar Baxşalıyev üçüncü yeri tutublar.

Sinxron proqramda isə Əli Niftəliyev və Mehdi Əliyev gümüş, Səma Cəfərova və Şəfiqə Hümbətova isə bürünc medalın sahibi olublar.

Daha əvvəl sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova birinci, Fərhad Mustafayev və Ömər Qasımlı isə ikinci olublar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600