Gimnaziada uğurla çıxış etmiş idmançılarmız vətənə qayıtdılar

media-hightechnic-468x90

Serbiyanın Zlatibor şəhərində keçirilmiş Gimnaziada İdman Oyunlarında uğurla çıxış edən Azərbaycan təmsilçiləri Vətənə qayıdıblar.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan idmançıları idman gimnastikası, kamandan oxatma, 3×3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis, badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis, taekvondo, karate, cüdo, güləş, qılıncoynatma və atletika idman növləri üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunub. Ölkəmiz yarışlarda 35-i qızıl, 12-si gümüş, 28-i bürünc olmaqla ümumilikdə 85 medal qazanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05