Girov saxlanılan azərbaycanlı üçəmlər evə buraxılıb

media-hightechnic-468x90

ttr5İranda bir aya yaxındır xəstəxanaya borclarını ödəyə bilmədiyindən saxlanılan azərbaycanlı ailə evə buraxılıb.

Bunu qonşu ölkədə ailə qurandan on ildən sonra üçəm dünyaya gətirmiş 33 yaşlı Günay Həsənovanın anası Fatimə Ağayeva bildirib.

Onun sözlərinə görə, kömək üçün lazımi dairələrə müraciət etsə də, nəticəsiz qalıb: “Bizim çox böyük pul problemimiz olub, xəstəxananın xərclərini tam ödəyə bilməmişik. Azərbaycan mətbuatında bizim girov saxlanılmağımız, incidilməyimizlə bağlı xəbər yayılsa da, bir nəfər də olsun xəstəxanaya gəlməyib”.

F. Ağayeva deyib ki, İranın Gilan vilayətinin mərkəzi Rəşt şəhərinin Beynəlxalq Həzrəti Qaim Xəstəxanasına olan borclarını tanımadığı və heç bir təşkilatın üzvü olmayan bir nəfər ödəyib: “Bu şəxs Azərbaycandan gələrək uşaqlarımın xəstəxanadan çıxması üçün lazımi vəsaiti verib”.

apa

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600