Gömrük borcunun ödənilməsinə dair yeni qayda tətbiq olunacaq
Gömrük borcunun ödənilməsinə dair yeni qayda müəyyənləşir.
Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qaydaya əsasən, gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər.
Layihəyə əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib./apa