!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gömrük rüsumu 10 il sonra da tələb oluna bilər, ancaq əlildən yox” – Aqil Abbas

!Reklam – Yazi

“Gömrük Komitəsinin bu barədə rəsmi mövqeyi bilindikdən sonra daha konkret danışmaq mümkün olacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Gömrük Komitəsi əməkdaşlarının birinci qrup əlil Tural Əliyevdən 2016-cı ildə ölkəyə gətirdiyi əlil arabası üçün 4 500 manat rüsum tələb etməsinə münasibət bildirən millət vəkili Aqil Abbas deyib.

Aqil Abbasın sözlərinə görə, Gömrük Komitəsi bu məsələyə rəsmi münasibət bildirmədən nəsə söz demək doğru olmazdı:
“Mənim şəxsi fikrim bundan ibarətdir ki, gömrük rüsumu on il sonra da tələb oluna bilər, ancaq əlildən yox.

Ancaq bu, elə bir məsələdir ki, Gömrük Komitəsinin rəsmi mövqeyi bilindikdən sonra daha konkret danışmaq mümkün olacaq. Yoxsa ki, sosial şəbəkələrdə yayılmış məlumatlar əsasında fikir bildirməyi düzgün saymıram”.

Xatırladaq ki, 2016-cı ildə birinci qrup əlil Tural Əliyevin dostu ABŞ-da “Gofondme.com” saytında təkərli əlil arabasının alınması ilə bağlı hesab açıb və qısa müddət sonra bu pul yığılıb.

Lazım olan məbləğ yığılandan sonra həmin araba sifariş edilib və Azərbaycana gətirilib. Hava limanında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları bildirib ki, araba üçün 4 min manat gömrük rüsumu ödənilməlidir. Həmin vaxt Tural Əliyev və ailə üzvləri arabanın birinci qrup əlil üçün gətirildiyini bildirsə də, gömrük işçiləri güzəştlərin ləğv edildiyini deyib.

“KİV və sosial şəbəkələr vasitəsi ilə hadisələri qabartdıq və keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov şəxsən özü mənə telefonla zəng elədi və bildirdi ki, “Gömrüyün rəisi ilə danışmışam, məsələni həll etmişəm, gedin arabanızı götürün”. Deyildiyi kimi də oraya getdik, 6-7 saat gözlətsələr də, arabanı bizə təhvil verdilər”, -deyə Tural Əliyev bildirib.

Tural Əliyevin sözlərinə görə, hadisənin üstündən 3 ilə yaxın vaxt keçdikdən sonra, dünən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı ona zəng edərək bildirib ki, o vaxt deklorasiya yazılıb və 2 il ərzində bu pulu ödəmək barədə öhdəlik götürülüb:

“Arabanı götürən zaman nə mən, nə də ailə üzvlərimdən kimsə heç nəyə imza atmamışıq. Gömrüyün əməkdaşına bildiririk ki, məsələ nazir səviyyəsində həll olunub. Cavab olaraq gömrüyün əməkdaşı bildirib ki, sənədlər məhkəməyə göndərilir”.

Tural Əliev bildirir ki, gömrüyün əməkdaşı ona 4 min manatdan əlavə 500 manat da cərimə olunacağını deyib:

“4 min manat rüsum, üstəgəl 500 manat da cərimə. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı bildirdi ki, əgər cərimə və rüsumu ödəməsəm, malın dəyərini ödəməli olacağıq. Arabanın dəyəri isə 14 min dollardır”.

Baş verən problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyini deyən Tural Əliyev bildirib ki, nazirlikdən onlara tutarlı cavab verməyiblər:

“Nazirlikdən bildirdilər ki, dediyiniz məsələ həftəsonu daxili nəzarət şöbəsinə göndəriləcək. Onlar baxacaqlar, məqbuldursa, qabardacaqlar. Ona görə də, qərara gəldik ki, məsələni işıqlandıraq”.

Məsələni aydınlaşdırmaq üçün Dövlət Gömrük Komitəsi ilə telefon əlaqəsi saxlanılsa da, zənglərimizə cavab verilməyib.

A.Zeynalov

COP29

www.yenicag.az

2173
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv