Gömrükdə əməliyyat - Gürcüstandan gətirilən siqaretlər tutuldu - FOTO

media-hightechnic-468x90

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda “QAZ 32213” markalı avtomobilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Yenicag.az-a verilən məlumata görə, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “QAZ 32213” markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsininə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonundan – dam örtüyünün altından 26 000 ədəd “King” və 1000 ədəd “Parliament Silver Blue” markalı siqaretlər aşkarlanıb.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600