Gömrükdə müsadirə edilən mallar hərraca çıxarılır

media-hightechnic-468x90

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 19-da təşkil olunacaq gömrük hərracına dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq.

Yenicag.az Teleqraf-a istinadən xəbər verir ki, hərrac vasitəsilə tibbi ləvazimatlar, elektronika, təsərrüfat və inşaat mallarının satılması nəzərdə tutulur.

Hərraca çıxarılan təsərrüfat və inşaat kateqoriyasında 375 adda malla bağlı start qiymət 27 min 983.33 manatdır. Əvvəlcədən 1399.17 manat beh tələb edilir. Elektronika kateqoriyasında start qiymət 10 min 965.08 manatdan başlayır. İştirakçılardan 548.25 manat beh tələb edilir.

Qeyd edək ki, mallar əvvəlki hərraclarda satılmadığına görə 4-cü dəfə qiyməti 25% aşağı salınmaqla auksiona çıxarılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600