!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Google” Fransaya 965 milyon avro cərimə ödəyəcək

!Reklam – Yazi

Son illər böyük şirkətlər külli miqdarda cərimələnməkləri ilə seçilirlər.

ABŞ Federal Ticarət Komissiyasının iddiası əsasında “Facebook” sosial şəbəkəsinin 5 milyard dollar məbləğində cərimələnməsindən sonra digər böyük şirkətlər də analoji cəzalarla üzləşiblər.

Yenicag.az xəbər verir ki, bu dəfə dünya axtarış sisteminin nəhəngi “Google” Fransaya 965 milyon avro cərimə ödəməli olacaq.

Məliumata görə, bu məbləğin 500 milyon avrosu 2015-ci ildən indiyə qədər davam edən vergidən yayınma halları ilə bağlıdır.

Xatırladaq ki, Fransa Milli Məclisi “Google”, “Apple”, “Facebook” və “Amazon” kimi internet nəhənglərinin ölkədə əldə etdikləri gəlirlərə nəzarətlə əlaqədar ötən ilin iyul ayında qanun qəbul edib.

Qanuna əsasən, internet nəhəngləri Fransada əldə etdikləri gəlirin 3 faizi həcmində vergi ödəməlidirlər. Təqribən 30 şirkətə tətbiq ediləcək vergidən Fransanın bu il 400 milyon, gələn il isə 650 milyon avro gəlir götürəcəyi gözlənilir.

Firuzə Alimova

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv