Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Google”dan şok ETİRAF

India Today nəşriyyatının verdiyi məlumata əsasən “Google” təmsilçiləri şirkət əməkdaşlarının istifadəçilər ilə “Google Assistant” səsli köməkçisi arasında olan danışıqları dinlədiklərini Hindistan hökumətinə etiraf ediblər.

Yenicag.az xəbər verir ki, bundan əlavə olaraq son zamanlarda “Google Assistant” kortəbii olaraq danışıqların yazılması funksiyasını aktivləşdirir. Məlumata əsasən Google şirkəti Hindistanın İnformasiya Texnologiyaları üzrə Parlament Komitəsinə bildirib ki, “Okay, Google” əmrindən sonra şirkət əməkdaşları istifadəçilər ilə səsli köməkçi arasında olan bəzi danışıqları dinləyirlər.

Faktiki olaraq bu, yeni bir xəbər deyil. Belə ki, 2019-cu ildə şirkət etiraf etmişdi ki, o, danışıqların 0.2%-ni dinləyir. Lakin həmin vaxtda şirkət bildirmişdi ki, o bunu servisin təkmilləşdirilməsi üçün edir və şirkət əməkdaşları danışıqların konfidensial məlumatları özündə əks etdirməyən az hissəsini dinləyirlər. Buna baxmayraq hansı məlumatın konfidensiallıq xarakteri daşıdığını təyin etməyi bacarın üsul barsində məlumat verilmir.

“Google” daha bir maraqlı faktı da etiraf edib. Smartfonda və smart səsgücləndiricilərdə səsli köməkçi hətta istifadəçinin “Okay, Google” əmri olmadan da ətraf səsləri yaza bilir. Şirkət bildirib ki, bu, səsli köməkçinin əmrə bənzəyən hər hansısa bir sözü eşitdiyi zaman baş verir. Belə bir hal yaşandığı zaman istifadəçiyə “Hey Google, that wasn’t for you” cümləsini istifadə etmək məsləhət görülür. Bu halda səsli köməkçi son yazılmış danışığı siləcək.

www.yenicag.az

11279
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100