Goranboyda ölümlə nəticələnən qəza - 1000-dən çox abonent qazsız qaldı - FOTO

media-hightechnic-468x90

Goranboy rayonunun Balakürd kəndində bir nəfərin ölümü ilə nəticələnən qəzada minik avtomobili idarəetməni itirərək yolun kənarındakı diametri 219 mm olan orta təzyiqli qaz kəmərinə çırpılıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Yenicag.az-a verilən məlumata görə, qaz kəməri iki yerdən qırılıb. Nəticədə 3 yaşayış məntəqəsində 1000-dən çox abonentin qaz təminatı dayandırılıb.

Bildirilir ki, qazın verilişi üçün bərpa işləri sabah səhər saatlarında görüləcək.

Qeyd edək ki, avtomobilin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində bir qadın hadisə yerində ölüb, bir kişi isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600