Goranboydakı dəhşətli yol qəzası ilə bağlı MƏLUMAT

media-hightechnic-468x90

sdsdsds56Daxili İşlər Nazirliyi (DİN) Goranboy rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəza rayonun Veyisli kəndində qeydə alınıb.

Belə ki, kənddə rayon sakinləri Ələsgər Ələsgərovun və Saday İsmayılovun idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və Ə.Ələsgərovun sərnişinlərindən Nofəl İsmayılov, habelə S.İsmayılovun sərnişinlərindən Yaşar Rzayev hadisə yerində ölüb. Ə.Əsgərovun digər 3 sərnişini və S.İsmayılovun digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Goranboy rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600