!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göyçayda karantin rejimini pozanlar SAXLANILDI/HƏBS

!Reklam – Yazi

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşları xidmət aparan zaman Göyçay şəhər sakini Ruslan Xəlilovun icazə almadan küçəyə çıxdığını müəyyən ediblər. Ona xəbərdarlıq edilməsinə baxmayaraq, R.Xəlilov polisin qanuni tələbinə məhəl qoymayıb, qaydaları pozmağa davam etdiyinə görə, saxlanılaraq polis şöbəsinə aparılıb. Barəsində protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə inzibati həbs olunub.

Digər şəhər sakini Bəxtiyar Əhmədov rayon ərazisində yaradılmış giriş-çıxış postlarında heç bir icazəsi olmadan başqa rayonun ərazisinə keçmək istəyərkən saxlanılıb. O da Göyçay Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs edilib.

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv