!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göz pəhrizi ... – Bu dəfə yaxşı görmək üçün yeyək...

!Reklam – Yazi

Siz elə bilirsiz ki, pəhriz ancaq arıqlamaq üçündür?

Hətta gözlər üçün də pəhriz var. Və bu pəhrizə əməl etməklə siz görmənizi 100 faiz yaxşılaşdıra bilərsiniz. Özü də bu pəhrizə 50 yaşdan yuxarı olan insanların əməl etməsi mütləqdir.

Bu, hansı pəhrizdir? Sirri tanınmış oftalmoloq Günay Əliyevadan öyrəndik.

Sən demə, bəzən heç önəm vermədiyimiz, ayda-ildə bir dəfə yediyimiz bəzi ərzaqlar bizim gözlərimizin əsl dostu imiş … Hətta onları rasiona pəhriz əvəzi əlavə etsək, gözlərimizin görmə qabiliyyətini artıra bilərik. Beləcə, birinci yerdə paxlalı bitkilər durur. Lobya, mərci, noxud gözlərin dərmanı imiş. Sink və bioflavonoid tərkibli bu paxlalılar göz büllurunun daha şəffaf olmasına xidmət edir, sarı qığılcımların və kataraktanın əmələ gəlməsinin qarşısını alır. Malın qaraciyəri, şomu və cəfəri də əvəzedilməz qidalar sırasındadır. Lyutein tərkibli bu məhsullar görmə qabiliyyətinin azalmasının qarşısını alırlar. Birinci yerdə isə sözsüz ki, dəniz balıqları və balıq yağı durur. Hər gün olmasa da həftədə 2 dəfə rasionunuzda balığın olması mütləqdir. Balığı yuxarıda sadaladığım qidalarla da növbələşdirə bilərsiniz. Bir sözlə, gözlərinizin də pəhrizə ehtiyacı var. Bu dəfə daha gözəl görmək üçün …

 

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv