Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gözəllik salonundan oğurluq edən şəxs saxlanıldı - FOTO / VIDEO

Yeni Günəşli qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib.

Əraziyə gələn polislər obyektə baxış keçirən zaman marketə hər hansı bir ziyanın dəymədiyini müəyyən ediblər. Həmin vaxt obyektə bitişik olan qadın gözəllik salonundan isə bir nəfərin məişət əşyaları oğurlayaraq qaçması polis əməkdaşlarının diqqətindən yayınmayıb. Mühafizə polisləri tərəfindən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ramil Rəfixanov saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə təhvil verilib. Həmin şəxs ifadəsində oğurluq etdiyi üçün mühafizə polisləri tərəfindən saxlanıldığını bildirib.

www.yenicag.az

169
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100