Güclü partlayış: 5 yaralı

80082Bu gün səhər saatlarda Abşeron rayonunda yaşayış mənzillərinin birində ev partlayıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, hadisə Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 5 nəfər ev sakini ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Lakin hadisənin dəqiq səbəbləri bilinmir. Faktla bağlı araşdırmalar aparılır. (anspress.com)