Mərkəzi Avropa ölkələrini vuran güclü “Boris” qasırğası İtaliyanın şimalındakı Emiliya-Romanya bölgəsinə çatıb.
Yenicag.az xəbər verir ki, İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, təbii fəlakət Bolonya, Çesena, Forli, Ravenna, Faenza və Rimini şəhərlərini əhatə edib.
Ravenna şəhəri yaxınlığındakı Castel Boloneze mərkəzinin Senio çayındakı daşqın səbəbindən su altında qaldığı bildirilir.
Bölgədə 1000-dən çox insan təxliyə edilib.
İsmayıl Bakuvi
www.yenicag.az