Gülənçilərin 180 dərəcə mövqe dəyişdirməsi etiraza səbəb oldu

media-hightechnic-468x90

page_artik-zaman-degisti-kacakci-operasyonundan-roboski-katliamina_881008202Fətullah Gülən Şəbəkəsinə məxsus liseylərin FEM və Anafen Şırnak şöbələrində Uludərə qətliamı ilə bağlı nümayiş etdirilən plakatlar kəskin reaksiyalara səbəb olub.

Yenicag.az saytı Türkiyə mediasına  istinadən məlumat verir ki, Gülənə məxsus bu liseylər Uludərə qətliamının ildönümündə sözügedən faciəni qınayan plakat asıb. Bu isə Gülən Camaatının ikiüzlülüyü kimi qınanılıb və sıravi vətəndaşlar belə buna etiraz edib.

 Çünki “Camaat”-ın rəsmi mətbu orqanı Zaman qəzeti hadisənin sabahısı günü, yəni 29 dekabr 2011-ci il tarixində 34 nəfərin həyatını itiridiyi qətliamı “İraq sərhədində F-16 təyyarələri qaçaqları vurdu: 35 ölü” başlığı ilə yazı dərc edərək, bölgədə ciddi narazılığa səbəb olmuşdu.

Bu səbəbdən də bölgə əhalisi Gülən Camaatının o zaman yazdırdıqları ilə bu günki mövqeləri arasında fərqi unutmayıblar və Şəbəkənin Uludərə qətliamından hazırki iqtidara qarşı sui-istifadə etdiyi qənaətindədirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600