Gülənin ölümdən danışdırılmasının ŞOK səbəbi- iddia

media-hightechnic-468x90

121220141714385356273_2

Fətullah Gülən haqqında yazılarına görə, ayrı-ayrılıqda yüzlərlə məhkəməyə verilən türk yazarlar üsyan ediblər.  Belə ki, “bizi məhkəməyə verməkdənsə, özün gəl və təmizə çıx” şüarı ilə Gülənə qarşı etiraz edən yazarlar fətullahçıların onları məhkəmələrlə susdurmağa çalışdıqlarını bildiriblər.

Yenicag.az xəbər verir ki, Fətullah Gülən tərəfindən haqqında cinayət işi açdırılan jurnalistlərdən Emin Pazarcı, Paralel Şəbəkənin mediasının da böhtan və yalan məzmunlu xəbərlər yazdıqlarına diqqət çəkib.

Onun sözlərinə görə, “Bu yayın orqanlarından biri də “Hocaəfəndi gəlsin, mühakimə olunsun, günahı yoxdursa, bəraət alsın” demirlər. Bu şəbəkə “sirkə baldan şirindir, müəllim hər zaman haqlıdır” deyir və hər zaman məzlum rolunu oynamağa çalışırlar.

Qeyd edək ki, dünən “Bəyaz” TV-də Gülənlə bağlı başqa bir iddia da səsləndirilib.

“On minlərlə kilometr kənardan bu qədər fitnə yaradırsa, Türkiyəyə gəldiyində meydana gələ biləcək xaosu mən təsəvvür edə bilmirəm” deyən jurnalist Süleyman Özışık Gülənin bir başqa ölkəyə göndərilmə ehtimalının yüksək olduğunu bildirib.

Ancaq “Mən bunu da riskli görürəm. Fəthullah Gülən ölümdən bəhs edir. Artıq bu həyatdakı müddətinin dolduğundan bəhs edir. Bilirik ki, Gülənin çıxışları xüsusi olaraq, biriləri tərəfindən hazırlanır və Gülən oxuyur. Son çıxışlardakı ölümə diqqətin artması ondan Türkiyəyə qarşı istifadə edənlərin yeni oyunu ola bilər. Yaxında Gülənin ölüm xəbəri çıxarsa, təəccüblənməyin. Yəni, Güləndən və camaatından maşa olaraq istifadə edənlər, onun danışmasını istəmədikləri üçün öldürə bilərlər”.

Gülənin “Qara Qutu” olduğuna diqqət çəkən jurnalist Türkiyədə və Gülən şirkət və məktəblərinin olduğu ölkələrdə Camaatın əli ilə əməliyyatlar həyata keçirən Güc Gülənin istinaqda mühakimə edilib, ifadə vermə riskini gözə almayacağını düşünürəm. İnanmıram ki, Gülənin danışmasına icazə versinlər” deyə, danışıb.

 

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600