Güləşçimiz ardıcıl ikinci dəfə dünya çempionu oldu

media-hightechnic-468x90

Azərbaycanın çimərlik güləşçisi İbrahim Yusubov ardıcıl 2-ci dəfə dünya çempionu olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, o, Türkiyənin Muğla bölgəsinin Sarıgerme qəsəbəsində keçirilən yarışda buna nail olub.

İ.Yusubov 90 kq çəki dərəcəsində Dünya Seriyasının Final mərhələsində gümüş medal qazanıb. Seriyanın 5 mərhələsinin yekununa əsasən, hamıdan çox xal toplayan güləşçi dünya çempionu titulunu qoruyub.

Əvvəlki dünya çempionatlarında qızıl və gümüş medal qazanmış Oyan Nəzəriani (+90 kq) medal kolleksiyasını tamamlayıb. O, bu dəfə bürünc mükafata sahib çıxıb. Ramiz Həsənov (70 kq) isə yekunda 4-cü yeri tutub.

Qeyd edək ki, çimərlik güləşi üzrə millinin baş məşqçisi kimi fəaliyyət göstərən Oyan Nəzəriani bu yarışda idmançı karyerasını başa vurub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05