Güləşçimiz dünya çempionu oldu

media-hightechnic-468x90

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

Yenicag.az xəbər verir ki, 57 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada qırğızıstanlı Bekbolot Mirzənəzər Uulu ilə üz-üzə gəlib.

Rəqibi üzərində 7:6 hesablı qələbə qazanan Rzazadə dünya çempionu olub.

65 kq-da yer alan Zirəddin Bayramov isə 3-cü yer uğrunda görüşdə bolqarıstanlı Stilyan İliyevə cəmi 1 dəqiqə 39 saniyə ərzində 10:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600