Gülşən TANRIDAŞ: Adına Qurtuluş deyirlər
Yığdım bir qutuya
Indi onlar mənim karıma
Daha çox gəlirlər.
Önumdə bir tablosu var səhərin
Adına Qurtuluş deyirlər.
Üstündə hər rəngi varVətənin
Könlümə rahatlıq verirlər.
İşıqlıdır,
Ağıllıdır,
Səmimidir,
Fərəhlidir
Bu tablo…
Saxta boyaqların,
Cansız təsvirlərin,
Yalan nəfəslərin,
Çirkli əllərin
Dəymədiyi bir yerdə,
Göyün üzündə,
Haqqın özündə,
Xalqın gözündə,
Sözün düzündədir
Bu tablo…
İllərdir yol gəlir.
Hərdənbir dincəlir,
Döyülür,
Əzilir,
Amma, qıvrılıb,
Hey gəlir….
Ataların izində
Könüllərin közündə,
Ərənlərin əzmində
Tanrının təqdirindədir
Bu tablo….
Bir gün buxovlanmış qolları,
Umudsuz arzuları,
Yerə düşmüş sözləri,
Dilimdəki ləçəkləri,
İki taylı gerçəkləri,
Öz rənginə bürüyəcək
Bu tablo…
28.05.2014